...

Azərbaycan Prezidenti YUNESKO-nun keçmiş baş direktorunu qəbul edib

Siyasət Materials 7 Aprel 2011 17:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti YUNESKO-nun keçmiş baş direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyib. Prezident İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğulayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişlənməsində forumun əhəmiyyətini qeyd edib. 2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını deyib.

Xəbər lenti

Xəbər lenti