...

Aksiyaların növbəti mərhələsində müxalifətlə dindarların birləşməsini müşahidə edə biləcəyik - deputat

Siyasət Materials 8 Aprel 2011 13:04 (UTC +04:00)
Millət vəkili Zahid Oruc aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyanı siyasi və dini radikalların birgə aksiyası kimi qiymətləndirir.
Aksiyaların növbəti mərhələsində müxalifətlə dindarların birləşməsini müşahidə edə biləcəyik - deputat

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Millət vəkili Zahid Oruc aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyanı siyasi və dini radikalların birgə aksiyası kimi qiymətləndirir.

"Aksiyada dinin dövlət idarəçiliyinə təsir meylləri müşahidə olunur. Növbəti mərhələdə müxaliftlə dindarların birləşməsini müşahidə edə biləcəyik. Çünki bəzi qüvvələrin Azərbaycana dinin ixracı planları var. Müxalifətin əsas məqsədi odur ki, onları CNN, "Əlcəzirə" və s. kimi beynəlxalq televiziya kanallarında göstərsinlər. Onlar bunu bacarırlarsa, o zaman getsinlər bu cür mitinqləri Qarabağda, Ağdamda keçirsinlər ki, onları o yerlərdə həmin telekanallarda göstərsinlər", - Trend-in məlumatına görə, Oruc deyib.

Onun sözlərinə görə, bəzi mətbu orqanlarda Liviya Xalq Cəbhəsinin Fransa Prezidenti Sarkozi ilə müqavilə imzaladığı yazılır.

"Bu müqaviləyə əsasən, Liviyanın neft gəlirlərinin 35 faizi Sarkoziyə verilir. Ona görə də, Sarkoziyə "Cənab 35" deyirlər. Belə olan halda, yəqin ki, Azərbaycan müxalifəti də hansısa xarici qüvvə ilə bu cür müqavilə imzalayıb. Belə öhdəliyin olmasına şübhə etmirəm", - Oruc vurğulayıb.

Aprelin 2-də İctimai Palata Bakının mərkəzində mitinq keçirməyə cəhd göstərib. Qanunsuz aksiyanın qarşısı polis tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti