...

Azərbaycan Parlamentinin spikeri radikal müxalifət partiyalarını pozuculuqda ittiham edib

Siyasət Materials 8 Aprel 2011 13:54 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri bəzi radikal müxalifət partiyalarını pozuculuq fəaliyyətində ittiham edib.
Azərbaycan Parlamentinin spikeri radikal müxalifət partiyalarını pozuculuqda ittiham edib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin spikeri bəzi radikal müxalifət partiyalarını pozuculuq fəaliyyətində ittiham edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışında spiker Oqtay Əsədov aprelin 2-də keçirilən mitinqi biabırçı adlandırıb.

"İnanmıram ki, belə bir birabırçı mitinqdən sonra yenidən mitinq keçirmək istəsinlər və buna ürək etsinlər. Azərbaycan artıq o illərin Azərbaycanı deyil. Azərbaycan müstəqil, güclü inkişaf etmiş ölkədir. Azərbaycanda belə qarışdırıcı məsələlərə yer yoxdur", - spiker vurğulayıb.

O, beynəlxalq telekanallarda 2 aprel mitinqinin baş tutmuş mitinq kimi müzakirəyə çıxarılmasına da etiraz edib.

"Onlar istəyirlər ki, keçirdikləri mitinqlər beynəlxalq telekanallarda göstərilsin və buna ad qoyulsun. Mən ad çəkmək istəmirəm, həmin gün aksiyada tanıdığımız insanlar da var idi. Sakit getdikləri yerdə birdən kamera gördükdə "azadlıq" deyə qışqırmağa başlayırlar. Aydındır ki, bu, yazılmış ssenari idi", - Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti