...

Azərbaycanın müxalifət partiyası fəaliyyətinin gücləndirilməsini müzakirə edib

Siyasət Materials 11 Aprel 2011 13:30 (UTC +04:00)
Azərbaycan Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin toplantısında partiyanın fəaliyyətinin gücləndirilməsi və strukturlarının genişləndirilməsi müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi VİP-dən bildirilib.
Azərbaycanın müxalifət partiyası fəaliyyətinin gücləndirilməsini müzakirə edib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin toplantısında partiyanın fəaliyyətinin gücləndirilməsi və strukturlarının genişləndirilməsi müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi VİP-dən bildirilib.

İclasda VİP-in qadınlar və gənclər təşkilatlarının genişləndirilməsinin vacibliyi vurğulanıb. Müzakirələr zamanı partiyadaxili digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və VİP-in mövcud siyasi kursunu davam etdirməsi qərara alınıb.

Toplantıda VİP Siyasi Şurası üzvlüyünə namizədlər müəəyyənləşdirilib və Mərkəzi Aparatın yeni tərkibi təqdim olunub. Gizli səsvermə nəticəsində Siyasi Şuranın yeni tərkibi seçilib və VİP sədrinin yeni müavinləri təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti