...

Ötən il Azərbaycan Dövlət Miqrasiya Xidmətindən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olub

Siyasət Materials 13 Aprel 2011 11:09 (UTC +04:00)
Ötən il Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən rüsum və tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olub.
Ötən il Azərbaycan Dövlət Miqrasiya Xidmətindən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən rüsum və tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olub.

Trend-in məlumatına görə, DMX-nin rəisi Arzu Rəhimov Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışında bildirib.

Rəhimov bildirib ki, ötən il Xidmət tərəfindən 16680 əcnəbinin sənədləri yoxlanılıb və 12094 qanun pozuntusu aşkar edilib.

Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq, əcnəbilər barəsində müvafiq qərarlar qəbul edilib.

DMX-nin rəhbəri bildirib ki, bu il aprelin 1-dək Azərbaycanda olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 452 475 nəfərdir.

Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinə müvafiq icazələrin alınması ilə bağlı müraciət etmiş əcnəbilərin 25 faizini fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, 20 faizini təhsil müəssisələrində əyani təhsil alanlar, 18 faizini Azərbaycan vətəndaşları ilə nikahda olanlar, 13 faizini Azərbaycan vətəndaşları ilə yaxın qohumluq münasibətində olanlar və s. təşkil edir.

Xəbər lenti

Xəbər lenti