...

AŞ PA-da Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmağı tələb edən yazılı bəyanat qəbul olunub

Siyasət Materials 14 Aprel 2011 19:00 (UTC +04:00)
AŞ PA-da Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmağı tələb edən yazılı bəyanat qəbul olunub
AŞ PA-da Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmağı tələb edən yazılı bəyanat qəbul olunub

Fransa, Strasburq, 14 aprel /Trend, müxbir A.Məhərrəmli/

AŞ PA-nın yaz plenar sessiyası çərçivəsində Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmağı tələb edən yazılı bəyanat qəbul olunub. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanatı AŞ PA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb.

Sənəddə Ermənistan tərəfindən işğal etdiyi Azərbaycan torpaqlarında, işğal altında olan Dağlıq Qarabağ bölgəsində aeroport tikintisinin həyata keçirilməsinin bütün beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır və rəsmi Yerevandan onun tikintisini dayandırmaq tələb olunur.

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, işğal altında olan Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq, aeroport tikintisini həyata keçirir. Rəsmi Yerevanın bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliyə və AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnaməyə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazisində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin məhz özünün olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Errmənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞ PA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞ PA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etmək addımını qətiyyətlə pisləyir və narahatlığını ifadə edir. AŞ PA rəsmi Yerevanı aeroportun tikntisini dayandırmağa, bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırır və tələb edir", - yazılı bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti