...

Prezident İlham Əliyevin Astara rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 15 Aprel 2011 13:19 (UTC +04:00)
Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olub
Prezident İlham Əliyevin Astara rayonuna səfəri başlayıb (FOTO)

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə Astara rayonunda və abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülmüş, müasir park salınmışdır. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti