Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədə təbrik məktubu ünvanlayıb, məlumatı Prezidentin rəsmi saytı yayıb.
"Hörmətli cənab Prezident, Suriya Ərəb Respublikasının milli bayramı - Evakuasiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Suriya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh və rifah diləyirəm" İlham Əliyev təbrikində bildirib.