...

Azərbaycan və Rumıniya prezidentləri təkbətək görüşüblər (FOTO)

Siyasət Materials 18 Aprel 2011 16:56 (UTC +04:00)
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub
Azərbaycan və Rumıniya prezidentləri təkbətək görüşüblər (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 16:32-də yayılıb)

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub, məlumatı bazar ertəsi Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.

Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi apardılar.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti