...

Bakıda azərbaycanlı və gürcü alimlərin iştirakı ilə "Qafqaz evi və ermənilər" konfransı start götürüb (FOTO)

Siyasət Materials 21 Aprel 2011 15:07 (UTC +04:00)
Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan, azərbaycanlı və gürcü alimlərin iştirakı ilə keçirilən "Qafqaz evi və ermənilər" konfransı start götürüb.
Bakıda azərbaycanlı və gürcü alimlərin iştirakı ilə "Qafqaz evi və ermənilər" konfransı start götürüb (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan, azərbaycanlı və gürcü alimlərin iştirakı ilə keçirilən "Qafqaz evi və ermənilər" konfransı start götürüb.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva konfransın açılışında deyib ki, Gürcüstan və Azərbaycan ictimaiyyəti Qafqazda tarix boyu həyata keçirilən erməni işğalı faktlarının aşkara çıxarılmasında birgə işləməlidirlər. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan alimləri belə faktlarla siyasətçiləri təmin etməlidirlər. "Ermənilər öz hərəkətlərini uydurma "erməni soyqırımı" ilə ört-basdır etməyə cəhd göstərirlər, lakin soyqırım faktları ermənilər tərəfindən insanların diri-diri basdırılması, onlar tərəfindən bütün kəndlərin məhv edilməsidir", - Mustafayeva bildirib.

İnstitut direktorunun sözlərinə görə , Samsxe-Cavaxetiya gec işə düşən bombadır və erməni siyasətçiləri nə vaxtsa ondan öz maraqları üçün istifadə etmək istəyəcəklər. O, siyasətçiləri belə məsələlərdə ehtiyatlı olmağa çağırıb.

"Azərbaycanda onlarla etnik qrup var və onlar burada Zərdüşt dövründən yaşayırlar. Azərbaycanda mədəniyyətlərin sintezi mövcuddur ki, bu da tolerantlığın göstəricisidir", - Mustafayeva bildirib.

Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya öz məruzəsində deyib ki, ermənilər əsrlər boyu öz "dövlətçiliklərinin" yeni tarixini uydurublar. Gürcü alimin sözlərinə görə, tarixdə Gürcüstanın ermənilərlə 18 müharibəsi qeydə alınıb. "Ermənilər bütün dövrlərdə ticarət və casusluqla məşğul olublar", - Marxuliya qeyd edib. Onun sözlərinə görə, ermənilər müxtəlif dövrlərdə Qafqaz dövlətlərini işğal etmək istəyən farsların, ərəblərin, rusların və başqalarının xeyrinə casusluq ediblər.

Gürcü alim məruzəsində ermənilərin Gürcüstan ərazisində terrorçuluq, işğalçılıq hərəkətləri ilə bağlı tarixi faktlar göstərib.

Ermənilər dünya kütləvi informasiya vasitələrində uydurma "erməni soyqırımı" mövzusunu yaymaqla öz işğalçılıq fəaliyyətlərini gizlətmək fikrindədirlər. Bu barədə konfransın gedişində Azərbaycanın Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova bildirib.

Onun sözlərinə görə, azərbaycanlı və gürcü alimlər ermənilərin Qafqazdakı siyasətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz səylərini birləşdirməlidirlər.

Sovet dövründə təsdiq olundu ki, ermənilər və gürcülər bütün tarix ərzində sülh və qardaşlıq şəraitində yaşayıblar. Konfransda "Ermənistan-Gürcüstan: dostluğun pərdəarxası tərəfləri" adlı məruzə ilə çıxış edən Suxumi Dövlət Universiteti professoru, tarix elmləri doktoru Nodar Berulava bildirib. "Lakin tarixdəki bütün misallar ermənilərin müxtəlif dövrlərdə Gürcüstana ərazi iddialarının olduğundan xəbər verir", - Berulava bildirib.

Ermənistan heç zaman dəqiq sərhədlərə malik olmayıb. Bu da bu etnosun dövlətçilik haqqında tarixinin uydurma olduğundan xəbər verir. "Qafqazın digər xalqları ilə müqayisədə, digər ərazilərdən bura köçürülən ermənilər qarşısında daim öz-özünü eyniləşdirmək məqsədi durub", - gürcü alim bildirib.

Xəbər lenti

Xəbər lenti