Azərbaycan, Bakı, 22 aprel /Trend/
Cümə axşamı Aşqabadda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının 65-ci iclasının iştirakçıları 2012-ci il üçün dövlət sərhədlərinin təhlükəsizliyinin təmini üzrə birgə tədbirlər planı qəbul ediblər. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.
İnformasiya mübadiləsi, narkotiklərlə, qeyri-qanuni miqrasiya və transmilli silahlı qruplaşmalarla mübarizə məsələlərinin müzakirə edildiyi iclas Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri Vladimir Proniçevin sədrliyi ilə keçirilib.
Sərhədləri "narkotrafikə, istənilən ekstremizim və terrorizm hallarına, müasir qlobal təhdidlərə möhkəm sipər edən" Türkmənistanın müsbət təcrübəsini qeyd edən Şura, Türkmənistan dövlətinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovu "MDB iştirakçısı olan dövlətlərin sərhədlərinin möhkəmləndirilməsinə görə" fərqlənmə nişanı ilə təltif edib.