...

İraq XİN rəhbərinin Azərbaycana səfəri ertələnib

Siyasət Materials 22 Aprel 2011 14:46 (UTC +04:00)
İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri ertələnib, səbəblər barədə məlumat verilmir. Bu barədə Trend-ə İraqın Azərbaycandakı səfiri Heydər Əl-Bərrak məlumat verib.
İraq XİN rəhbərinin Azərbaycana səfəri ertələnib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Tağıyeva/

İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri ertələnib, səbəblər barədə məlumat verilmir. Bu barədə Trend-ə İraqın Azərbaycandakı səfiri Heydər Əl-Bərrak məlumat verib.

Dünən Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Trend-ə bildirmişdi ki, İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri aprelin 28-də baş tutacaq. Səfərin detalları azərbaycanlı səfir Araslı ilə iraqlı nazir Zibarinin görüşündə müzakirə olunub.

Səfər Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçirilməli idi.

Səfər zamanı İraq və Azərbaycan XİN rəhbərlərinin iki ölkə arasında əlaqələrin perspektivlərini müzakirəsi etməsi planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti