...

İran və Misir regionda bir-birini tamamlayır - XİN rəhbəri

Siyasət Materials 23 Aprel 2011 12:01 (UTC +04:00)
İran və Misir İslam ölkələri arasında iki əsas dayaq və bir-birini tamamlayan ölkələrdir. İki ölkə arasında əməkdaşlığın inkişafı regionda təhlükəsizliyin təmininə və sabitliyə böyük töhfə verəcək.
İran və Misir regionda bir-birini tamamlayır - XİN rəhbəri

İran və Misir İslam ölkələri arasında iki əsas dayaq və bir-birini tamamlayan ölkələrdir. İki ölkə arasında əməkdaşlığın inkişafı regionda təhlükəsizliyin təmininə və sabitliyə böyük töhfə verəcək. Bunu xarici işlər naziri Əli Əkbər Salehi şənbə günü İranın xarici ölkələrdəki səfirləri ilə görüşündə deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

"Ümid edirəm ki, şifahi və yazılı danışıqları nəzərə alaraq, Misir rəsmiləri tez bir zamanda iki ölkə arasında əlaqələrin inkişafı üçün addım atacaqlar", - Salehi əlavə edib.

XİN rəhbəri bildirib ki, İran Misirlə əlaqələrini inkişaf etdirməyə hazırdır. "Bunu əvvəllər də bildirmişik. Bilirik ki, bəzi təzyiqlər var, amma Misir xalqı bu təzyiqlərin öhdəsindən gələcək", - Salehi deyib.

İran ilə Misir arasında münasibətlər 1978-ci ildə - Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki dövlət arasında münasibətlər Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti