Azərbaycan, Bakı, 4 may /Trend/
Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mayın 10-da Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və "Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq"un birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Türk Evində keçiriləcək.
Tədbirdə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin yeni səviyyədə davam və inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyətdən, gördüyü işlərdən bəhs olunacaq. Tədbirə Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri ilə yanaşı, alman ictimaiyyətinin nümayəndələri də dəvətlidir.