...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı elmi-nəzəri konfrans keçirilib

Siyasət Materials 5 May 2011 12:04 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı elmi-nəzəri konfrans keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı elmi-nəzəri konfrans keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Cəfərov/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda cümə axşamı ümummili lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 93 illiyi münasibətilə "Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində oynadığı mühüm rola, eyni zamanda müsəlman Şərqində ilk demokratik cümhuriyyət kimi tanınan AXC-nin fəaliyyətinə toxunub. Millət vəkili o dövrün gərgin beynəlxalq münasibətlərinə və müharibələrə baxmayaraq, Azərbaycan xalqının gələcəyi üçün əldə etdiyi çox əhəmiyyətli naliyyətlərdən danışıb.

Mustafayeva deyib ki, ötən əsrin 18-20-ci illlərində mövcud olan milli hökumət 1920-ci ilin aprelində XI rus ordusu tərəfindən devrilsə də, Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini yenidən bərpa edib.

O əlavə edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ümummili lider Heydər Əliyevdir.

Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasında və inkişafında xidmətlərini, eləcə də AXC-nin fəaliyyəti haqqında ümummili liderin məruzələrini, Cümhuriyyətin əhəmiyyəti ilə bağlı sölədiyi fikirləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra Azərbaycanın təhsil nazirinin müavini, professor İradə Hüseynova "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda məruzə edib.
AMEA İnsan Hüquqları İnstitutunun Ekspert Şurasının üzvü, professor Anar İsgəndərov "Müsəlman Şərqində ilk demokratik cümhuriyyət" adlı məruzəsində AXC-nin uğurlarından danışıb.

Konfransda AMEA İnsan Hüquqları İnstitunun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli "Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında" mövzusunda məruzə edib.

Tədbirdə mövzu ilə bağlı çıxış və müzakirələr aparılıb, mütəxəssislər öz fikir və rəylərini bildirib.

Ümummili lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğundakı roluna həsr olunmuş film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti