...

Azərbaycan Prezidentinin Ağcabədi rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 6 May 2011 12:00 (UTC +04:00)
Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib
Azərbaycan Prezidentinin Ağcabədi rayonuna səfəri başlayıb (FOTO)

Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Xəbər lenti

Xəbər lenti