Azərbaycan, Bakı, 9 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncamda Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasına Azırbaycanın 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 manat vəsait ayrılması qeyd olunub.
Vəsaitin maliyyələşdirilməsi Maliyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.