...

Azərbaycanın müxalif partiyası yeni qanun layihələri hazırlayır

Siyasət Materials 11 May 2011 17:02 (UTC +04:00)
Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) yeni qanun layihələri hazırlayır. Bu barədə çərşənbə günü Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müxalif partiyası yeni qanun layihələri hazırlayır

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) yeni qanun layihələri hazırlayır. Bu barədə çərşənbə günü Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.

Layihələr partiyanın Mərkəzi Şurasının müvafiq daimi komissiyalarında hazırlanır. Həmin layihələr "Siyasi partiyalar", "Böyük şəhər bələdiyyələri", "Azərbaycanın müstəqilliyinə səs vermiş sabiq deputatların statusu", " Azərbaycanda sovet dövründə əhalinin banklarda yatırılmış əmanətlərinin geri qaytarılması" və "Neft" haqqında qanun layihələrindən ibarətdir.

Həmin layihələr və təkliflər hazırlanarkən beynəlxalq təcrübədən də istifadə olur.

Yaxın müddət ərzində tamamlanması nəzərdə tutulan bu qanun layihələri və təkliflər ictimaiyyətin geniş müzakirəsinə veriləcək, sonra isə Milli Məclisə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti