...

Misirin sabiq birinci xanımı həbs edildi

Siyasət Materials 13 May 2011 19:13 (UTC +04:00)
Misirin sabiq prezidenti Hüsni Mübarəkin həyat yoldaşı Süzan Mübarək həbs edilib.
Misirin sabiq birinci xanımı həbs edildi

Misirin sabiq prezidenti Hüsni Mübarəkin həyat yoldaşı Süzan Mübarək həbs edilib.

Trend-in məlumatına görə, xanım Mübarək iqtisadi cinayətlərdə iştirak etmə ittihamı ilə 15 gün müddətinə saxlanılıb. O, bugünkü dindirmədən dərhal sonra nəzarət altına alınıb.

Bir müddət əvvəl Misir KİV Süzan Mübarəki ölkədən 250 külçə qızılı və 3 milyard dolları gizli şəkildə çıxarmaqda ittiham etmişdi.

Xəbər lenti

Xəbər lenti