Azərbaycan, Bakı, 17 may /Trend/
Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Prezidenti Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Çexiya Prezidentinə raport verib.
Çexiyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Çexiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunublar.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər və Çexiyanın birinci xanımı rəsmi foto çəkdiriblər.
Foto - Azərbaycan Prezidentinin rəsmi saytı