...

Milli Məclisin spikeri Azərbaycan xalqını "Eurovision-2011" müsabiqəsində qələbə münasibətilə təbrik edib

Siyasət Materials 17 May 2011 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov Parlamentin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan xalqını "Eurovision-2011" müsabiqəsində qələbə münasibətilə təbrik edib.

"Bu, bütün Azərbaycan xalqının qələbəsidir ", - Əsədov bildirib.

Onun sözlərinə görə, müsabiqədən sonrakı bir neçə gün ərzində internetdə Azərbaycan haqqında 800 milyondan artıq məlumat axtarışı olub ki, bu da Azərbaycanın özünü dünyada təsdiq etməsindən xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov iclasda deyib ki, "Eurovision" müsabiqəsində qələbə Azərbaycanın həyatını müşahidə edən nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir.

"Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Azərbaycanın duetinin qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq, daha ədalətli, daha obyektiv olurlar", - Əhmədov vurğulayıb.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə 221 balla "Eurovision-2011" müsabiqəsinin qalibi olublar. Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti