...

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfəri başlayıb (FOTO)

Siyasət Materials 18 May 2011 11:08 (UTC +04:00)
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin çərşənbə günü Azərbaycana rəsmi səfəri başlayıb.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfəri başlayıb (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir T.Hacıyev/

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin çərşənbə günü Azərbaycana rəsmi səfəri başlayıb.

Trend-in məlumatına görə, çərşənbə günü Quterreş Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarına tər gül dəstələri qoyulub.

Daha sonra ali komissar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət edib, Əbədi Məşəl kompleksi önünə əklil qoyulub.

Səfər çərçivəsində Quterreş Azərbaycanın rəsmi şəxsləri ilə görüş keçirəcək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcbur köçkün düşmüş şəxslərə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti