...

"The Times" qəzetində Azərbaycanın "Eurovision"dakı qələbəsi ilə bağlı məqalə dərc edilib

Siyasət Materials 18 May 2011 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin 18 may tarixli sayında Azərbaycanın 2011-ci il "Eurovision" musiqi yarışmasında qələbəsi ilə bağlı səfir Fəxrəddin Qurbanovun məqaləsi dərc edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 2011-ci ilin Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğu, bu baxımdan "Eurovision"dakı qələbənin müstəqilliyinin 20 illiyini qeyd edən ölkəmiz üçün layiqli hədiyyə olduğu vurğulanıb.

Bununla yanaşı, Azərbaycanın dini və mədəni dözümlülüyə görə dünyada tanınmış ölkə olduğu, dünyanın aparıcı dinlərinə mənsub icmaların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində birlikdə yaşadığı qeyd edilib.

Səfir, həmçinin məqalənin sonunda britaniyalı "Eurovision" fanatlarına müraciət edərək, onları 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" yarışmasında iştirak etməyə dəvət edib və ümidvar olduğunu bildirib ki, bu hadisə ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirəcək.

Xəbər lenti

Xəbər lenti