Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:16-da yayılıb)
Belarus Prezidenti Aleksandr Lukaşenko cümə axşamı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bəyan edib ki, Belarus göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır. Trend-in məlumatına görə, bu barədə BELTA-nın müxbiri xəbər verib.
"Münasibətlərimizin əsası - eləcə də bizim bir-birimizə münasibətdə mehriban hisslərimizdir", - Aleksandr Lukaşenko bildirib və qeyd edib ki, onun Azərbaycan Prezidenti ilə çox mehriban və isti münasibətləri qurulub.
Yaqub Eyyubova müraciət edərək Belarus dövlətinin başçısı deyib: "Mən sizi qəbul etməyə bilməzdim. Prezidentlərdən başqa, şəxsən sizin və hökumətinizin Belarusla Azərbaycan arasında əməkdaşlıqda, ticari-iqtisadi münasibətlərdə etdiklərinizi nəzərə alsaq, bu, mənim tərəfimdən sadəcə olaraq nəzakətsizlik olardı". Aleksandr Lukaşenkonun qeyd etdiyi kimi, son beş il ərzində iki ölkə arasında mal dövriyyəsi təxminən beş dəfə, cari ilin başa çatan dövrü ərzində isə ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə artıb.
"Siz bizə əla kömək etdiniz. Müstəqilliyimiz və suverenliyimiz çox təəssüf ki, bu gün uğursuz enerjidaşıyıcılarına, xammal və materiala söykənir - iqtisadiyyatımız belədir. Və siz ötən il çiyninizi bizə söykədiniz, - dövlət başçısı bildirib. - Bu gün biz ən yüksək keyfiyyətli Azərbaycan nefti emal edirik. Siz Venesuela kimi, bizi sadəcə olaraq müdafiə etdiniz və müstəqilliyimizi və suverenliyimizi xilas etdiniz".
"Ona görə də biz sizə səmimi qəlbdən minnətdarıq", - Aleksandr Lukaşenko qeyd edib və bildirib ki, bu gün tərəflər ən həssas istiqamətlər üzrə ən sıx şəkildə bir-biri ilə əməkdaşlıq edirlər.
"Münasibətlərimizdə qapalı mövzu yoxdur. Mənə Azərbaycanla bağlı münasibətlərimiz barədə eləcə də KTMT-də, digər strukturlarda nə desələr də, siz o ölkəsiniz ki, çətin anlarda çiyninizi bizə söykədiniz, - Aleksandr Lukaşenko bildirib. - Biz sizə xeyirxahlıqla cavab verməyə borcluyuq".
Aleksandr Lukaşenko, eləcə də Belarusun bu yaxınlarda Belarus Prezidentinin Bakıya səfəri zamanı əldə olunan razılaşmalara sadiq qalacağını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. "Biz sizin üçün iqtisadiyyatdan başlamış "Eyrovision"a qədər azarkeşlik edirik, həyəcan keçiririk", - Belarus lideri bildirib.
Onun sözlərinə görə, Azərbaycanın "Eurovision"da qələbəsi yüksək mədəni səviyyənin və onun Avropa standartlarına uyğunluğunun bir daha sübutudur. "Siz şəraitə uyğunlaşa, hətta elə nömrə göstərə bilərsiniz ki, o, Azərbaycan xalqına xas olmasın, lakin əgər lazımdırsa, siz bunu da bacararsınız. Bu, çox yüksək səviyyədir, mən bunu qiymətləndirirəm", - Belarus Prezidenti bildirib.
Öz növbəsində Eyyub Yaqubov Belarus dövlətinin başçısına Azərbaycan Prezidenti İlham Əliyevdən böyük qardaş salamını çatdırıb. Baş nazirin birinci müavini qeyd edib ki, iki ölkənin nazirlik, təşkilat və şirkətləri bir-biri ilə uğurla əməkdaşlıq edir.