...

Aleksey Vlasov: Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələr bir çox layihələrin inkişafı üçün əsas yarada bilər

Siyasət Materials 20 May 2011 10:58 (UTC +04:00)
İkinci Rusiya-Azərbaycan forumu yüksək səviyyədə təşkil olunmuşdu və hər iki tərəfin dialoqu üçün konstruktiv meydana çevrildi. Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumunun iştirakçısı, "Vestnik Kafkaza" AİA-nın direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bu qənaətdədir.
Aleksey Vlasov: Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələr bir çox layihələrin inkişafı üçün əsas yarada bilər

Azərbaycan, Bakı, 20 may /Trend,müxbir E.Tariverdiyeva/

İkinci Rusiya-Azərbaycan forumu yüksək səviyyədə təşkil olunmuşdu və hər iki tərəfin dialoqu üçün konstruktiv meydana çevrildi. Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumunun iştirakçısı, "Vestnik Kafkaza" AİA-nın direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bu qənaətdədir.

"Forumun iki iş günü birgə layihələrin müzakirəsi, ekspertlərin və idarə rəhbərlərinin görüşləri, ikitərəfli əlaqələrin problemləri üzrə açıq müzakirələrlə zəngin oldu. Hər iki tərəf qarşılıqlı əlaqələrin bütün istiqamətləri - iqtisadiyyat, siyasət, innovasiyalar üzrə son dərəcə konstruktiv mövqe tutdular", - Vlasov Trend-ə bildirib.

Rusiyalı siyasətçi deyib ki, Xəzərin dinc və effektiv əməkdaşlıq ərazisinə çevrilməsinə dair konkret təkliflər irəli sürə biləcək yüksək ixtisaslı ekspertlərin iştirakı ilə Xəzərdə qarşılıqlı əlaqələrin problemləri üzrə "dəyirmi masa" xüsusi maraq doğurdu.

"Çıxış edənlərin hər biri Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin Xəzərin öyrənilməsi üzrə Beynəlxalq Mərkəz, Xəzər Media Forumu və başqaları kimi vaxtı çatmış layihələrin inkişafı üçün əsas yarada biləcəyini qeyd etdilər", - Vlasov bildirib.

Cümə axşamı Həştərxanda Azərbaycan və Rusiya prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilən "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumu açılıb.

Forumun işində iki ölkə hakimiyyətinin mərkəzi və regional orqanlarının, biznes dairələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Azərbaycanı forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, hökumət üzvləri, Azərbaycan deputatları, respublikanın bir sıra rayonlarının icra başçıları və sahibkarlar da daxildir.

Forumun açılışında iştirakçılara prezidentlər İlham ƏliyevDmitri Medvedevin təbrikləri oxunub.

Xəbər lenti

Xəbər lenti