...

Azərbaycan Prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 20 May 2011 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 5,0 (beş) milyon manat, o cümlədən Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün 2,0 (iki) milyon manat; "Akademiya şəhərciyi" ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri üçün onların hər birinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti