...

MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

Siyasət Materials 25 May 2011 15:52 (UTC +04:00)
Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının rəhbəri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov qeyd edib ki, Şuranın yaradılmasında əsas məqsədə nail olunub.
MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 25 may /Trend/

MDB iştirakçı dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası mayın 23-25-də Dnepropetrovskda (Ukrayna) terrorizm və ekstremizmin digər zorakılıq təzahürləri ilə mübarizədə əməkdaşlıq proqramının və 2008-2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlər üzrə dövlətlərarası proqramın yerinə yetirilməsinə yekun vurublar. Trend-in məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının rəhbəri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov qeyd edib ki, Şuranın yaradılmasında əsas məqsədə nail olunub. "Razılaşmalar əməliyyat-axtarış tədbirlərində və xüsusi xidmət orqanlarının səlahiyyətinə aid daha təhlükəli cinayətlərin aşkarlanmasına, xəbədarlığın edilməsinə, qarşısının alınmasına və ifşa edilməsinə yönələn xüsusi əməliyyatlarda tam şəkil alıb", - o bildirib.

Xüsusi xidmət orqanlarının rəhbərləri terrorizm, qaçaqmalçılıq, narkotik vasitələrin alveri, qeyri-qanuni miqrasiya, müasir texnologiya və internet şəbəkəsindən istifadə etməklə qanunazidd maliyyə bank əməliyyatlarına qarşı müqavimətin göstərilməsi məsələlərini müzakirə ediblər.

İclas iştirakçıları tərəfdaş xüsusi xidmət orqanları arasında informasiya mübadiləsinin, xüsusilə də korrupsiya xarakterli cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərlə bağlı mexanizmin təkmilləşdirilməsi yollarını müzakirə ediblər. MDB-nin xüsusi xidmət orqanlarının antiterror strukturları səviyyəsində operativ informasiya mübadiləsinin həyata keçirilməsi işlənib hazırlanıb. Tərəflər Ukrayna, Rusiya və Birliyin digər ölkələrinin ərazisində beynəlxalq idman yarışlarının keçirilməsinin təhlükəsizliyinin təmini üçün tədbirlərin fəallaşdırılması və genişləndirilməsini də müzakirə ediblər. Şura çərçivəsində Elmi-texniki əməkdaşlıq üzrə komissiyanın, Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası yanında MDB iştirakçı dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının ümumiləşdirilmiş məlumat bazası bankının Kooordinasiya Şurasının və texniki komitəsinin ekspert iclasları da keçirilib.

Mayın 24-25-də Dnepropetrovskda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının idmanın hərbi-tətbiqi növləri - əlbəyaxa döyüş, snayper atıcılığı üzrə illik komanda yarışları keçirilib.

3-cu iclasda 11 dövlətin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edib. Bundan başqa, iclasda ənənəvi olaraq müşahidəçi qismində Almaniya, İtaliya və Fransa xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edib. MDB iştirakçı dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclası Bakıda keçiriləcək. Əlaqələndirici struktur 1997-ci il martın 28-də yaradılıb və Birlik çərçivəsində milli xüsusi xidmət orqanlarının əməli və səmərəli əməkdaşlıq mexanizmini təmin edir.

Xəbər lenti

Xəbər lenti