...

Azərbaycan Prezidenti Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 25 May 2011 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti