...

Milli Məclisin spikeri 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 27 May 2011 12:50 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deputatları və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Milli Məclisin spikeri 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deputatları və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, Əsədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmləndirəcək, əhalinin sosial rifahı daha da yüksəldiləcək.

Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Saziş"i deputatların müzakirəsinə təqdim edib.

Aslanova bildirib ki, Azərbaycanda hüquqi statusa malik dini icmalar sırasına katolik kilsəsi də daxil edilir. Katolik kilsəsi müasir dünyada dövlətlər tərəfindən tanınan yeganə dini konfessiyadır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra katolik kilsəsinin fəaliyyətinin bərpa olunduğunu deyən Aslanova 1997-ci ildən Azərbaycan və Vatikan arasında münasibətlərin qurulduğunu söyləyib.

Saziş layihəsi səsə qoyularaq ratifikasiya edilib.

Xəbər lenti

Xəbər lenti