...

Azərbaycanla İtaliya arasında mülki müdafiə sahəsində əməkdaşlıq və fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 27 May 2011 22:56 (UTC +04:00)
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olmuşdur. Bu barədə FHN-nin məlumatında deyilir.
Azərbaycanla İtaliya arasında mülki müdafiə sahəsində əməkdaşlıq və fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Bakı, 27 may /Trend/

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olmuşdur. Bu barədə FHN-nin məlumatında deyilir.

25-26 may 2011-ci il tarixlərində həyata keçirilənsəfər zamanı İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin sədri Franko Gabriyelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olmuşdur. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin prespektivlərindən danışılmış, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Görüşdə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

Bununla yanaşı, səfər zamanı Nazirliyin nümayəndə heyəti İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin, həmçinin, digər müvafiq qurumların fəaliyyəti ilə də tanış olmuşdur.

Səfər çərçivəsində fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə görüş keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti