...

Los-Ancelesdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd edilib (FOTO)

Siyasət Materials 28 May 2011 10:42 (UTC +04:00)
Mayın 26-da Los-Anceles şəhərinin "Rivera" klubunda Respublika Günü bayram edilib. Tədbirdə çoxsaylı federal və yerli hakimiyyət orqanlarının, diplomatik korpus və Kaliforniyanın müxtəlif icmalarının nümayəndələri iştirak ediblər.
Los-Ancelesdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Mayın 26-da Los-Anceles şəhərinin "Rivera" klubunda Respublika Günü bayram edilib. Tədbirdə çoxsaylı federal və yerli hakimiyyət orqanlarının, diplomatik korpus və Kaliforniyanın müxtəlif icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş bonsulluğunun məlumatında deyilir.

Tədbirin əvvəlində Argentina əsilli ABŞ müğənnisi Mariya Entrayqersin ifasında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra dairənin və Los-Anceles şəhərinin rəsmi şəxsləri Azərbaycan Respublikası Günü və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə fəxri fərmanları təqdim ediblər. Belə ki, Los-Anceles dairəsinin protokol xidmətinin rəhbəri xanım Lurdes Saab Azərbaycan tərəfinin Kaliforniyanın irsinin rəngarəngliyinin zənginləşdirilməsinə apadığı tədbirlərin töhfəsini xüsusi qeyd edib.

Bundan başqa, Los-Ancelesin Şəhər Şurasına sədrlik edən xanım Can Perri şəhər hakimiyyətinin üzvləri adından nazir Abbasovun başçılıq etdiyi nümayəndə heyətinə rəsmi təbrik təqdim edib.

Öz növbəsində Respublika Günü münasibətilə Los-Ancelesə qəbulda iştirak etmək üçün məxsusi gələn Havay ştatının Nümayəndələr Palatasının Beynəlxalq münasibətlər komitəsinin sədri xanım Rida Kabanilya Azərbaycan tərəfinə ştatın qanunvericilik orqanının tam tərkibi tərəfindən imzalanan iki qətnaməni təqdim edib. Onlardan biri Azərbaycan hökumətinə ünvanlanıb və nazir Əli Abbassova təqdim edilib. İkincisi Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna - baş konsul Elin Süleymanova ünvanlanıb və Azərbaycan və Havay ştatının vətəndaşları üçün açıqlıq, tolerantlıq və hüquq bərabərliyi prinsiplərinin prioritetliyinin ümumiliyi qeyd edilib.

Sonra baş konsul Süleymanov Azərbaycanın Kaliforniyadakı bütün dostlarına, xüsusilə Azərbaycan, yəhudi, İran və türk icmalarının nümayəndələrinə Azərbaycanın diplomatik missiyasının Los-Ancelesdə fəaliyyətinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, İsrail diplomatik missiyasının rəhbəri - baş konsul Ceykob Dayana və Türkiyənin baş konsulu Hakan Təkinə Azərbaycan tərəfi ilə səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Tədbir zamanı Baş Konsulluq adından iştirakçılardan bir neçəsinə rəsmi nişanlar təqdim edilib. Xüsusilə nazir Abbasova Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanda innovasiya layihələrinin inkişafında roluna, Los-Ancelesdəki ABŞ Dövlət Departamentinin və diplomatik təhlükəsizlik xidmətinin nümayəndələrinə Kalifornoyanın konsul korpusu ilə əməkdaşlığa, eləcə də Azərbaycan diasporunun fəal üzvü Firuz Xanlıya ABŞ-da mədəni tədbirlərin təşkilində töhfəsinə görə təşəkkür bildirilib.

Tədbir canlı musiqi və rəqs proqramı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti