...

Azərbaycan Prezidentinin əfv haqqında Sərəncamı dünyanın aparıcı təşkilatları tərəfindən təqdir edilib

Siyasət Materials 28 May 2011 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 26 may 2011-ci il tarixli Sərəncamı beynəlxalq və xarici təşkilatlar tərəfindən təqdir olunub və Azərbaycanın demokratik inkişaf kursuna uyğun olaraq ölkədə söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş mühüm irəliləyiş kimi qiymətləndirilib.

Mərkəzi ofisi Vyanada yerləşən nüfuzlu Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel MakKenzi tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubda qeyd edilib ki, Azərbaycan Prezidentinin xoşməramlı addımı bir çox təşkilatlar kimi, Beynəlxalq Mətbuat İnstitutunu da razı salmış və təqdirəlayiq hesab olunub.

Xanım A.MakKenzi Beynəlxalq Mətbuat İnstitutununu bundan sonra da söz və məlumat azadlığının inkişaf etdirilməsi sahəsində Azərbaycan hökuməti ilə birgə çalışmağa davam edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti