...

Türkmənbaşı şəhərində Türkmənistan və Türkiyə prezidentlərinin görüşü baş tutdu

Siyasət Materials 31 May 2011 00:44 (UTC +04:00)
Türkmənbaşı şəhərində Türkmənistan və Türkiyə prezidentlərinin görüşü baş tutdu.
Türkmənbaşı şəhərində Türkmənistan və Türkiyə prezidentlərinin görüşü baş tutdu

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir H.Həsənov/

Xəzərin sahilində yerləşən Türkmənbaşı şəhərində bazar ertəsi Türkmənistan prezidenti Qurbanqulı Bərdiməhəmmədovun Türkmənistanda rəsmi səfərdə olan Türkiyəli həmkarı Abdulla Gül ilə görüşü baş tutdu.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər tikinti və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında razılığa gəldiklərini qeyd etdilər.

Hal-hazırda Türkmənistanda Türkiyə kapitalının iştirakı ilə fəaliyyət göstərən 600-ə yaxın şirkət qeydiyyat olunub. Məlum olduğu kimi, Ankara xəzəryanı ölkələrindən enerji daşıyıcılarının Avropaya məzh Türkiyənin ərazisindən daşınmasında maraqlıdır. Həmçinin, Aşğabad da Türkiyənin tikinti şirkətlərini Xəzərin sahilində Avaza dəniz kurortun tikilməsinə cəlb etmək niyyətindədir.

İqtisadi əməkdaşlıq üzrə Türk-türkmən hökümətlərarası komitə 2008-ci ildən fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti