...

Ümumilli lider Heydər Əliyev haqqında serb dilində kitabın təqdimatı olacaq

Siyasət Materials 3 İyun 2011 19:05 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov iyunun 5-dən 9-dək Serbiyanın Belqrad şəhərində səfərdə olacaq.
Ümumilli lider Heydər Əliyev haqqında serb dilində kitabın təqdimatı olacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov iyunun 5-dən 9-dək Serbiyanın Belqrad şəhərində səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Milli Məclisin mətbuat xidməti məlumat verib.

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçiriləcək tədbirlər çərçivəsində "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən millət vəkili Hüseynbala Mirələmovun müəllifi olduğu "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev" kitabının serb dilində, habelə Serbiyanın tanınmış yazıçı-publisisti Milorad Paviçin "Xəzər lüğəti" kitabının Azərbaycan dilində təqdimat mərasimləri nəzərdə tutulub.

Səfər zamanı deputatlarımız görkəmli dövlət xadimi Heydər Əliyevin və yazıçı Milorad Paviçin Belqradın "Taşmaydan parkı"nda ucaldılmış heykəllərini ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti