...

Gürcüstan parlamentinin komitəsi Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Siyasət Materials 8 İyun 2011 19:28 (UTC +04:00)
Gürcüstanın Diaspora və Qafqaz xalqaları məsələsi üzrə parlament komitəsi iyunun 9-da Dedoplitskaroda səyyar iclas keçirəcək.
Gürcüstan parlamentinin komitəsi Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Gürcüstan, Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Diaspora və Qafqaz xalqaları məsələsi üzrə parlament komitəsi iyunun 9-da Dedoplitskaroda səyyar iclas keçirəcək.

Müzakirələrin əsas mövzusu Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstanın Azərbaycan diasporu olacaq. Bu barədə Trend-ə Gürcüstan Parlamentinin ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

İclasda komitə sədri Nuqzar Tsiklauri məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti