...

Azərbaycanda əcnəbilərin qanunsuz fəaliyyətinə görə cərimələr dəyişib

Siyasət Materials 10 İyun 2011 14:47 (UTC +04:00)
Milli Məclis ölkə ilə tranzit qaydalarının pozulmasına dair İnzibati Xətəlar Məcəlləsinə dəyişiklikləri təsdiq edib.
Azərbaycanda əcnəbilərin qanunsuz fəaliyyətinə görə cərimələr dəyişib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclis ölkə ilə tranzit qaydalarının pozulmasına dair İnzibati Xətəlar Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərdə təklif olunur ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3 min manatdan 5 minatadək miqdarda, hüquqi şəxslər 30 min manatdan 35 min manatadək cərimə edilsin.

Bundan başqa, bu pozuntulara yol verən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilirlər.

Müzakirələr zamanı deputatlar əcnəbilərin qanunsuz fəaliyyətinə təsadüf olunduğunu qeyd edərək bildiriblər ki, ölkədə bu istiqamətdə əcnəbilərin fəaliyyəti üzərində nəzarət gücləndirilməlidir. "Bu dəyişikliklər insan hüquqlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir", - deputat Elmira Axundova deyib.

Xəbər lenti

Xəbər lenti