...

Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin iclası avqustda Moskvada keçiriləcək

Siyasət Materials 11 İyun 2011 01:10 (UTC +04:00)
Avqustun əvvəlində Moskvada Xəzərin statusu ilə bağlı prezidentlərin xüsusi nümayəndələrinin görüşü keçiriləcək
Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin iclası avqustda Moskvada keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Avqustun əvvəlində Moskvada Xəzərin statusu ilə bağlı prezidentlərin xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Bunu İran prezidentinin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəs Məhəmmədmehdi Axundzadə deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Axundzadə əlavə edib ki, Moskva görüşündən öncə Bakıda vəTürkmənistanda xəzərin statusu ilə bağlı işçi qrupların iclası keçiriləcək. "Yaxın günlərdə Azərbaycan və Türkmənistan rəsmiləri ilə xəzərin statusu ilə bağlı müzakirələr apramaq məqsədi ilə bu ölkələrə səfər edəcəyəm",-deyə Axundzadə deyib.

O Xəzəryanı ölkələrin dövlət başçılarının samittinin ilin sonundək Moskvada keçiriləcəyi haqda razılıq əldə olunduğunu deyib.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti