...

İran XİN rəhbəri Ermənistana görə sorğu-sual olunub

Siyasət Materials 20 İyun 2011 10:52 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi parlamentin Təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılıb. Komissiyada ona ünvanlanan suallardan biri Ermənistanın PKK terror təşkilatını dəstəkləməsinəİranın reaksiya verməməsi ilə bağlı olub. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat yayıb.
İran XİN rəhbəri Ermənistana görə sorğu-sual olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi parlamentin Təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılıb. Komissiyada ona ünvanlanan suallardan biri Ermənistanın PKK terror təşkilatını dəstəkləməsinə İranın reaksiya verməməsi ilə bağlı olub. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat yayıb.

İran parlamentinin bir neçə üzvü Salehiyə qarşı impiçment elan olunması haqqında sənədi imzalayıb. Buna əsas səbəb Məhəmməd Şərif Məlikzadənin xarici işlər nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsinə təyin edilməsi olub, lakin deputatların sözlərinə görə, Salehinin izah etməli olduğu digər qaranlıq məqamlar da var.

Parlament üzvləri hesab edirlər ki, Məlikzadə korrupsiya və başqa qanun pozuntularına yol verib.

Salehi hələlik Parlamentin Təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılıb. Komissiya üzvü Nadir Qazipurun (Nader Ghazipour) nazirə ünvanladığı sual bundan ibarət olub ki, nə üçün İran PKK-nı dəstəkləyən Ermənistana reaksiya vermir?

İRNA agentliyinin məlumatına görə, Salehi bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılacağını və tədbirlərin görüləcəyini vəd edib.

Mehr agentliyinin məlumatına görə, artıq 15 deputat, İSNA agentliyinin yazdığına görə isə 25 deputat sənədi imzalayıb.

Qanuna əsasən, nazirə qarşı impiçment elan olunması üçün 10 deputatın səsi kifayətdir. İmpiçment deputatların imzalarını geri götürməməsi şərti ilə bazar ertəsinə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti