...

Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini Prezidentə təqdim edib

Siyasət Materials 24 İyun 2011 19:32 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn cümə günü etimadnaməsini Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təqdim edib.
Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini Prezidentə təqdim edib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn cümə günü etimadnaməsini Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təqdim edib. Bu barədə səfirlikdən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda deyilir ki, Tbilisidə Gürcüstan Prezidenti sarayında keçirilən təqdimatdan sonra dövlət başçısı ilə Azərbaycan səfiri arasında görüş keçirilib. Görüş zamanı Prezident səfiri yeni və məsul vəzifə münasibətilə təbrik edib və ona yeni işində uğurlar arzulayıb. Habelə Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin iki qardaş xalqın dinc gələcəyi naminə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

"Öz növbəsində səfir səmimi sözlərə görə minnətdarlığını bildirib və Azərbaycan Prezidentinin salamını Gürcüstan Prezidentinə çatdırıb. O, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafında və möhkəmlənməsində, eləcə də regional təhlküəsizliyin təminatında Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının və dostluğunun xüsusi rolunu qeyd edib. Diplomatik nümayəndəliyin rəhbəri dövlət başçısını iki xalq arasında çoxəsrlik dostluğun gələcək inkişafı və möhkəmləndirilməsi üçün bütün gücünü sərf edəcəyinə əmin edib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti