...

Almaniyada "Azərbaycan tədqiqatları" adlı illik məcmuənin 4-cü cildi nəşr olunub

Siyasət Materials 25 İyun 2011 10:58 (UTC +04:00)
Almaniyada "Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur" ("Azərbaycan tədqiqatları") adlı illik məcmuənin 4-cü cildi nəşr olunub.
Almaniyada "Azərbaycan tədqiqatları" adlı illik məcmuənin 4-cü cildi nəşr olunub

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Almaniyada "Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur" ("Azərbaycan tədqiqatları") adlı illik məcmuənin 4-cü cildi nəşr olunub.

Dasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məcmuənin Berlin şəhərində fəaliyyət göstərən "Köster" nəşriyyatında uğurlu nəşrindən sonra müəlliflər Mərdan Ağayev və Ruslana Süleymanova müxtəlif ölkələrdə yaşayan alim və tədqiqatçılar tərəfindən çoxsaylı təbrik məktubları alıblar.

İllik məcmuənin bu nüsxəsinin də Almaniyanın və Avropanın müxtəlif universitet kitabxanalarının kataloq sistemlərində yerləşdirilməsi böyük nailiyyət hesab oluna bilər.

Kitabda Avropa və Azərbaycan tədqiqatçılarının Azərbaycanın iqtisadiyyatı, tarixi, dil və ədəbiyyatı ilə bağlı tədqiqat işlərinin əks olunmasını Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə ən yüksək səviyyədə çatdırmaq kimi dəyərləndirmək olar.

214 səhifədən ibarət illik məcmuənin 4-cü cildində 10 elmi məqalə nəşr olunub. Alman dilində yazılmış və nəticəsi ingilis dilində verilən məqalələr 4 bölmədə yerləşdirilib: tarix, siyasət, cəmiyyət, dil və ədəbiyyat.

Məcmuənin redaksiya heyəti kitabda məqaləsi çap olunmuş müəlliflərə məcmuənin 1 nüsxəsini hədiyyə olaraq təqdim edib.

Məcmuənin hər nüsxəsi Azərbaycan Respublikası M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə olaraq verilib.

Məcmuənin beşinci cildi 2012-ci ildə nəşr olunacaq.

Xəbər lenti

Xəbər lenti