...

Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya üzv olmasını arzulayır - sorğu

Siyasət Materials 27 İyun 2011 11:52 (UTC +04:00)
Gürcüstan əhalisinin əksəriyyəti NATO və Aİ-yə inteqrasiya kursunu dəstəkləyir.
Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya üzv olmasını arzulayır - sorğu

Gürcüstan, Tbilisi, 27 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan əhalisinin əksəriyyəti NATO və Aİ-yə inteqrasiya kursunu dəstəkləyir. Trend-in məlumatına görə, beynəlxalq "Greendberg Quinlan Rosner Reserch" təşkilatının keçirdiyi sorğuya əsasən, "Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyirsinizmi?" sualına rəyi soruşulanların 81 faizi müsbət, 12 faizi mənfi cavab verib. Qalan 7 faizi isə suala cavab verə bilməyib.

Aİ-yə daxil olmaq barədə suala rəyi soruşulanların 86 faizi müsbət, 5 faizi mənfi münasibət bildirib.

Araşdırmalar iyunun 6-7-də aparılıb. Gürcüstan üzrə 1200 respondentin rəyi soruşulub.

Qeyd edək ki, əvvəlki sorğularla müqayisədə Aİ və NATO-ya inteqrasiyanın tərəfdarları müvafiq olaraq 78 və 75 faiz artıb.

Xəbər lenti

Xəbər lenti