...

Azərbaycan və Rusiya DİN rəhbərləri əməkdaşlığa dair saziş imzalayıblar

Siyasət Materials 28 İyun 2011 11:58 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev Bakıda görüş zamanı iki ölkənin nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan DİN-in məlumatında deyilir.
Azərbaycan və Rusiya DİN rəhbərləri əməkdaşlığa dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rusiyanın daxili işlər naziri Raşid Nurqaliyev Bakıda görüş zamanı iki ölkənin nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan DİN-in məlumatında deyilir.

Nazirlərin sözlərinə görə, bu sənəd mərhələli xarakter daşıyır, onun müddəaları qarşılıqlı fəaliyyətin mövcud hüquqi bazasını əhəmiyyətli dərəcədə tamamlayır və müddəaların həyata keçirilməsi onun səmərəliliyinin artmasına xidmət edəcək. Nazirlər əməkdaşlığın vəziyyətini və perspektivlərini, beynəlxalq terrorizm və ekstremizmin digər təzahürləri, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, nəzarətdən kənar miqrasiya, yüksək texnologiyalar sahəsində qəsdlər kimi mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri tərəfindən çağırışlara, təhdid və risklərə qarşı razılaşdırılmış prioritet məsələləri də müzakirə ediblər.

Xüsusi diqqət ictimai asayişin qorunması və sərhədyanı regionlarda hüquqpozmaların qarşısının alınması ilə bağlı problemlərə yetirilib.

Görüş zamanı qabaqlayıcı əhəmiyyətli operativ informasiyanın mübadiləsi, onun vaxtında və hərtərəfli təhlili, əməli surətdə həyata keçirilməsinin zəruriliyi də vurğulanıb. Nəqliyyat və enerji nəqliyyatı infrastrukturu obyektlərinə cinayətkar qəsdlərdən etibarlı müdafiə ilə bağlı problemlərin əhəmiyyəti haqqında da danışılıb.

Bakıda səfərdə olan Rusiya DİN rəhbəri görüşdən əvvəl Fəxri xiyabanda olub və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, onun məzarı üzərinə əklil qoyub. Görkəmli oftalmoloq alim, akdemik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, onun məzarı üzərinə çiçəklər qoyulub.

Xəbər lenti

Xəbər lenti