...

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Siyasət Materials 30 İyun 2011 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constonu təbrik edib.
Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constonu təbrik edib. Məlumatı cümə axşamı Prezidentin rəsmi saytı yayıb.

"Milli bayramınız - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Kanada dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Devid Constona ən xoş arzularını yetirib, dost Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti