...

Azərbaycanın dəniz nəqliyyatı işçiləri "Tərəqqi" medalı ilə təltif edilib

Siyasət Materials 1 İyul 2011 18:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın dəniz nəqliyyatı işçiləri "Tərəqqi" medalı ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Axundov Muxtar Bəhrəm oğlu
Babayev Vahid Əlimirzə oğlu
İsmayılov Vilayət Təhmiraz oğlu
Məmmədov Faiq Vaqif oğlu
Niftəliyev Ramiz Həsrət oğlu
Ramazanov Məhəmməd Hacalı oğlu
Rəhimov Vamik Malik oğlu
Səmədov Ziyad Əli oğlu
Süleymanov Afrayım Məhəmməd oğlu
Teymurov Fikrət Cümşüd oğlu.

Xəbər lenti

Xəbər lenti