...

İran Xəzəryanı ölkələrin parlamentlərarası assambleyasının yaradılmasını alqışlayır - Əli Laricani

Siyasət Materials 2 İyul 2011 10:15 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani keçirdiyi mətbuat konfransında deyib ki, Xəzəryanı ölkələrin parlamentlərarası assmableyasının yaradılmasını müsbət qarşılayır.
İran Xəzəryanı ölkələrin parlamentlərarası assambleyasının yaradılmasını alqışlayır - Əli Laricani

Azərbaycan, Bakı, 2 iyul /Trend müxbir T.Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani keçirdiyi mətbuat konfransında deyib ki, Xəzəryanı ölkələrin parlamentlərarası assmableyasının yaradılmasını müsbət qarşılayır.

"Xəzər dənizinin böyük potensialı var. Belə regional strukturların yaradılması Xəzərlə bağlı məsələlərinin həllində kömək ola bilər", - spiker bildirib.

Laricaninin Azərbaycana səfəri cümə günü başlayıb.

Səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlib.

İran parlamenti sədrinin Bakıda Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirib.

Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti