...

Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur

Siyasət Materials 3 İyul 2011 16:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibəti ilə təbrik etdi.
Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibəti ilə təbrik etdi. Bu barədə məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

"Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm", təbrikdə deyilir.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur.

"İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.

Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik. Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olmasında marağı bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik", Azərbaycan Prezidentinin məktubunda deyilir.

İlham Əliyev Barak Obamaya möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah arzu etdi.

Xəbər lenti

Xəbər lenti