...

Bu il Bakıda Belarus səfirliyinin binasının tikilməsi planlaşdırılır - səfir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 İyul 2011 15:30 (UTC +04:00)
Səfirlik üçün topraq sahəsinin mübadiləsi haqqında saziş Baş nazir Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarusun hökumət nümayəndə heyətinin iyulun 7-8-də Azərbaycana səfəri zamanı imzalanacaq.
Bu il Bakıda Belarus səfirliyinin binasının tikilməsi planlaşdırılır - səfir (ƏLAVƏ OLUNUB)

Yeddinci abzasdan sonra səfirin sözləri əlavə olunub (birinci xəbər saat 14:55-də yayılıb)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Bu il Bakıda Belarus səfirliyinin binasının tikilməsi planlaşdırılır. Səfirlik üçün topraq sahəsinin mübadiləsi haqqında saziş Baş nazir Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarusun hökumət nümayəndə heyətinin iyulun 7-8-də Azərbaycana səfəri zamanı imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Səfir deyib ki, nümayəndə heyətinin səfəri çərçivəsində BelAZ zavodunun özüboşaldan avtomobillərinin alınması və iki ölkənin ali təhsil müəssisələrinin diplomlarının tanınması haqqında müqavilənin imzalanması planlaşdırılır.

Baş nazir Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarusun hökumət nümayəndə heyəti iyulun 7-8-də Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə BELTA Belarus hökumətinin mətbuat xidmətinə istinadən xəbər verib.

Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutur.

Belarus hökumətinin nümayəndə heyətinin səfəri zamanı Baş nazir Mixail Myasnikoviçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Belarusa Azərbaycan investisiyalarının cəlb edilməsinin perspektivləri də daxil olmaqla, ikitərəfli münasibətlərin, neft-kimya, istehsalat korporasiyası, arxitektura və inşaat, elmi-texniki və təhsil sahəsindəki aktual məsələlərinin geniş dairəsinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Belarus nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İB-nin Belarus-Almaniya istehsalı olan kommunal texniki yığım sexinin açılışında iştirak edəcək.

Sənədin yekunları üzrə bir sıra ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulub. İlin ikinci yarısında Azərbaycana Belarus istehsalı olan MAZ, MTZ zavodlarının məhsullarının və işıqdiodlu texnikanın tədarükünə dair müqavilənin imzalanması məsələsi də müzakirə olunacaq.

Səfir bildirib ki, Belarusla Azərbaycan arasında diplomatik münasibətlər həm dövlət başçıları, həm də hökumətlər və parlamentlər səviyyəsində fəal inkişaf edir.

Onun sözlərinə görə, Belarus və Azərbaycan ölkələrin ümümi məqsədlərə çatmaq üçün fəaliyyətlərini əlaqələndirdikləri Aİ-nin "Şərq tərəfdaşlığı" layihəsi üzrə də tərəfdaşdırlar.

Diplomatın qeyd etdiyi kimi, iki ölkə arasında humanitar, elmi, işgüzar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. 2009-2010-cu illər ərzində Belarus mallarının Azərbaycana ixracı beş dəfə artaraq təxminən 150 milyon dollara çatıb. Bu il Azərbaycan neftinin Belarusa tədarükünə başlanması ilə əlaqədar iki ölkə arasında mal dövriyyəsi 7,2 dəfə artaraq 475 milyon dollara çatıb.

Belarus mallarının ixracı 111 milyon dollar, Azərbaycandan Belarusa mal idxalı isə 363 milyon dollar təşkil edib.

"Beləliklə, iki ölkənin prezidentlərinin bir milyardlıq mal dövriyyəsinə çıxışa dair tapşırıqları reallığa çevrilir", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti