...

Şavarş Koçaryanın bəyanatı onun mənəvi, intellektual yoxsulluğu və miskinliyini göstərir - Azərbaycan XİN

Siyasət Materials 8 İyul 2011 18:40 (UTC +04:00)
Şavarş Koçaryanın növbəti absurd, normal insanın məntiqinə uyğun gəlməyən bəyanatı sadəcə olaraq heyrətlənməyə deyil, həm də insanı haradasa, görünür, yırtıcı Ermənistan xarici işlər naziri müavininin savadsızlığının axınının qarşısını almaq gücündə olmayan Ermənistan rəhbərlərinin dərdinə şərik olmağa vadar edir.
Şavarş Koçaryanın bəyanatı onun mənəvi, intellektual yoxsulluğu və miskinliyini göstərir - Azərbaycan XİN

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Şavarş Koçaryanın növbəti absurd, normal insanın məntiqinə uyğun gəlməyən, lakin "homo sapience" adlanmaq hüqüquna malik subyektin mənəvi və intellektual yoxsulluğunu və miskinliyini tam açan bəyanatı sadəcə olaraq heyrətlənməyə deyil, həm də insanı haradasa, görünür, yırtıcı Ermənistan xarici işlər naziri müavininin savadsızlığının axınının qarşısını almaq gücündə olmayan Ermənistan rəhbərlərinin dərdinə şərik olmağa vadar edir. Bunu cümə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

"Ermənistan rəhbərliyində ifadələrində adi məntiqin olmaması üzündən hətta şərh edilməsi belə mümkün olmayan Koçaryana bənzər adamların olmasına yalnız təəssüflənmək qalır", - Poluxov erməni məmurun dediklərini şərh edib.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların qurultayında ermənilərin Dağlıq Qarabağa qonaq gəldiklərini və erməni dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradıldığı barədə nitqini şərh edib.

Xəbər lenti

Xəbər lenti