...

Eduard Şevardnadze ermənilərin gürcü torpaqlarına iddia edəcəklərindən ehtiyatlanır

Siyasət Materials 11 İyul 2011 13:14 (UTC +04:00)
Eduard Şevardnadze parlament tərəfindən digər dini təşkilatlara ictimai hüququ olan subyekt statusu verilməsi haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstanda kilsə ilə hakimiyyət arasında ciddi qarşıdurmanın olması barədə əvvəlcədən xəbərdarlıq edir.
Eduard Şevardnadze ermənilərin gürcü torpaqlarına iddia edəcəklərindən ehtiyatlanır

Gürcüstan, Tbilisi, 11 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze parlament tərəfindən digər dini təşkilatlara ictimai hüququ olan subyekt statusu verilməsi haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstanda kilsə ilə hakimiyyət arasında ciddi qarşıdurmanın olması barədə əvvəlcədən xəbərdarlıq edir.

"Bu qərarla parlament və prezident özlərini Gürcüstan Patriarxiyasına qarşı qoyurlar və bu, yaxın vaxtlarda mənfi nəticələr verəcək", - Eduard Şevardnadze bu gün "Asaval-Dasavali" həftəliyinə verdiyi müsahibəsində bildirib.

O xatırladıb ki, 2002-ci ildə onun prezidentliyi dövründə Gürcü Pravoslav Kilsəsi dövlətlə onun xüsusi rolunun qeyd olunduğu müqavilə imzalamışdı. "Digər konfessiyalar isə fərdi hüquq subyektləri oldular ki, bu da onların xoşuna gəlmədi və beləliklə, onlara rəsmi din olmaq hüququ verilmədi", - eks-prezident qeyd edib.

Şevardnadze bildirib ki, parlament hələ indiyədək "bu qədər qəzəbli görmədiyi" Patriarx II İliyadan üzv istəməlidir. "Mən özüm Patriarxa baş çəkmək və nə etdiklərini bilməyən parlamentarilərin yerinə ondan üzr istəmək fikrindəyəm", - o deyib və hakimiyyətə qəbul edilən qanunu ləğv etməyi tövsiyə edib.

Eks-prezident bildirib ki, qanundakı bəndlər ermənilərin təkcə Gürcüstan kilsəsinə deyil, həm də onun ərazilərinə iddialarının meydana çıxmasına gətirib çıxara bilər. "Ümid edirəm ki, bu baş verməyəcək, çünki orada Gürcüstanın onları dəfələrlə xilas etdiyini bilən ağıllı adamlar var", - Şevardnadze bildirib.

İyulun əvvəlində Gürcüstan parlamenti birinci oxunuşda Mülki Məcəlləyə dəyişikliklər edərək beş dini birliyə ictimai hüququ olan hüquqi şəxs statusu verib. Məlumatı "Novosti-Qruziya" yazır.

Deputatlar parlamentin növbədənkənar iclasında müvafiq düzəlişlərə səs veriblər.

Həmçinin, ictimai hüququ olan hüquqi şəxs statusu Gürcüstandakı erməni kilsəsinə, Roma-Katolik Kilsəsinə, müsəlman icmasına, yəhudi icmasına və baptist kilsəsinə verilib.

Müxalif "Xristian-demokratlar" fraksiyası qanun layihəsinə qarşı çıxıb.

Xəbər lenti

Xəbər lenti