...

Azərbaycan və ABŞ arasında hərbi təlimin vaxtı müəyyənləşib

Siyasət Materials 20 İyul 2011 13:52 (UTC +04:00)
Azərbaycan və ABŞ hərbiçilərinin birgə təliminin vaxtı müəyyənləşib.
Azərbaycan və ABŞ arasında hərbi təlimin vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan və ABŞ hərbiçilərinin birgə təliminin vaxtı müəyyənləşib.

İyulun 31-də Rumıniyada ABŞ və Azərbaycan hərbiçilərinin birgə təlimi keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avroatlantika Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov deyib.

Onun sözlərinə görə, təlimlərdə sülhməramlı əməliyyatların təşkili, planlaşdırılması və həyata keçirilməsi üzrə tərcübə mübadiləsi aparılacaq.

"Bu, təxirə salınmış təlimlərin əvəzinə keçirilir. Təlimlər iki həftə davam edəcək. Hər iki tərəfdən 100 hərbiçi iştirak edəcək", - Nəcəfov əlavə edib.

Onun sözlərinə görə, bu ilin sentyabrından başlayaraq 2012-ci ilin sonuna qədər Azərbaycan və ABŞ hərbçiləri arasında 50-dən artıq ikitərəfli tədbirlər - seminarlar, təlimlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti